Чтобы от вас не пахло в возрасте — делайте это
На Урале мужчина платил 100 тысяч за школьницу
В СМИ стало известно куда съехала Диброва
На Гузееву мать подала в суд из-за ее сына: детали

Bakıda daha bir ərazi sökülür- Sakinlərə yeni mənzillər, kirayə pulları veriləcək

 Bakıda daha bir ərazi sökülür- Sakinlərə yeni mənzillər, kirayə pulları veriləcək

Bakıda daha bir ərazidə binaların söküntüsünə başlanılacaq.

Titul.az baku.ws-ə istinadən xəbər verir ki, paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Nizami küçəsindəki ikimərtəbəli binalar plana düşüb.

Pilot layihə nəticəsində istismar müddətini başa vurmuş binalar söküldükdən sonra yerində hündürmərtəbəli binalar inşa olunacaq.

Artıq tikinti işlərini aparan şirkət rəsmiləri sakinlərlə danışıqlar aparıb. Uzun illər ikimərtəbəli binalarda yaşayan vətəndaşlara yeni tikiləcək binalardan mənzillər təklif olunub. Yeni inşa olunacaq binalardan mənzil almaq istəyən vətəndaşlar əvvəlki evlərindən 10-20 kvadratmetr əlavə mənzilə sahib olacaqlar.

İnşaat işləri getdiyi müddətdə isə sakinlər kirayə pulları ilə təmin ediləcəklər. Evlərinin kvadratından asılı olaraq sakinlər 250-350 manat arasında kirayə pulu alacaqlar.

Qeyd edək ki, tikinti işlərinə ikimərtəbəli binalarda yaşayan sakinlərin hər biri ilə razılaşma əldə olunduqdan sonra başlanılacaq.

09:41 - 29 Fevral 2024

Xəbər lenti

Digər xəbərlər

В России школьницы рожают и сразу убивают детей: чего?
Младенец пролетел 8 этажей вниз и выжил: как
В Дагестане произошла трагедия вместо свадьбы: один погиб
Завтра ждем зиму, готовимся все: что происходит?!