Гордон выдала секреты развода Товстиков: читать
Если вы покупаете этот корм питомцу, то вы его травите: марки
Дибров втянут в еще один скандал: что случилось?
В России девочка напала на ребенка с ножом: убийца

Ekspertdən həyəcan təbili: 7,2 bal gücündə ZƏLZƏLƏ EHTİMALI

 Ekspertdən həyəcan təbili: 7,2 bal gücündə ZƏLZƏLƏ EHTİMALI

Türkiyənin Elazığ vilayətində yerli vaxtla gecə saat 03.30-da 4,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Bingöl, Tunceli, Malatya, Diyarbəkir və Batman vilayətlərində hiss olunub.

Titul.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) xəbər verib.

Bildirilib ki, zəlzələdən sonra heç bir neqativ hal qeydə alınmayıb.

Türkiyəli tanınmış geoloq, professor Okan Tüysüz Elazığda baş verən zəlzələ ilə bağlı açıqlamalar verib. O, təkanları afterşok hesab etdiyini deyib. Ancaq regionda 7,2 bal gücündə zəlzələ ilə bağlı da xəbərdarlıq edib:

"Elazığ 24 yanvar 2020-ci ildə baş vermiş 6,8 bal gücündə zəlzələnin təsir zonasına daxil olan yerdir. Bunu afterşok hesab etmək olar. Həmin vaxt enerji boşaldığı üçün böyük zəlzələ gözləmirik.

Ancaq regionda ən mühüm və təhlükəlisi hesab etdiyimiz Bingöl Yedisu qırılma xətti mövcuddur. Onun 7,2 bal gücündə zəlzələ yaratma ehtimalı var. Yedisu çatı Elazığın bir az şərqindən Karlıovaya doğru uzanan qırılma seqmentidir. Region riskli ərazidir və diqqətdə saxlanılmalıdır", - deyə professor vurğulayıb.

14:04 - 30 Mart 2024

Xəbər lenti

Digər xəbərlər

Официантка уехала из России замуж на восток
В школах для учителей придумали новое испытание:они в слезах
Полиция Подмосковья нашла бойцовский клуб и нагрянула туда
Российских рыбаков будут штрафовать даже за мелочь вместо улова