"Atletiko" Qrizmannla bağlı qərarını QƏTİLƏŞDİRDİ

"Atletiko Madrid"  hücumçusu Antuan Qrizmannın gələcəyi ilə bağlı qərar verib.

Titul.az xəbər verir ki, rəhbərlik fransalı vinger ilə əməkdaşlığı davam etdirmək barədə razılığa gəlib. 

Lakin tərəflər müqavilənin yekun detallarını müzakirə edirlər.

Qeyd edək ki, Futbolçunun hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. 

Xatırladaq ki, bu mövsüm o, 47 oyuna çıxıb, 24 qol vurub və 8 qolun ötürməsini verib. 

13:08 - 23 May 2024

Xəbər lenti