Həbsdə olan generalın yerinə bu şəxs təyin olundu

 Həbsdə olan generalın yerinə bu şəxs təyin olundu

 Müdafiə Nazirliyində yeni təyinat olub.  

Titul.az unikal-a istinadən xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Əmrə əsasən, Rəşad Babayev Nazirliyin Maliyyə və Büdcə İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, R.Babayev bu təyinatadək Müdafiə Nazirliyinin Hərbi-Texniki Təchizat Baş İdarəsində, ondan əvvəl isə Dövlət Vergi Xidmətində, Gömrük Komitəsində çalışıb.  

Xatırladaq ki, MN-in Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi Nəriman Cabbarov bir neçə gün əvvəl sərəncama götürülüb. Onun adı MN-dəki 143 milyonluq cinayət işində keçib və polkovnik məhkəmədə şahid qismində dindirilib. MN-in Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov isə hazırda həbsdədir.

16:09 - 24 May 2024

Xəbər lenti