Türkiyə millisinin Avro-2024 üçün HEYƏTİ - AÇIQLANDI

 Türkiyə millisinin Avro-2024 üçün HEYƏTİ - AÇIQLANDI

Türkiyə millisinin Avro-2024 üçün genişləndirilmiş heyəti açıqlanıb.

Titul.az Türkiyə Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis Vinçenzo Montellanın başqa məşqçisi olduğu komandanın heyətində 35 futbolçu yer alıb. Baş məşqçinin qərarına uyğun olaraq iyunun 7-də genişləndirilmiş heyətdən 9 futbolçu çıxarılacaq və 26 nəfərlik heyət UEFA-ya bildiriləcək. 

Heyəti təqdim edirik:

Qapıçılar: Altay Bayındır ("Manester Yunayted"), Doğan Alemdar ("Troyes"), Mert Günok ("Beşiktaş"), Uğurcan Çakır ("Trabzonspor")

Müdafiəçilər: Mert Müldür, Çağlar Söyüncü, Ferdi Kadıoğlu ("Fənərbaxça"), Zeki Çelik ("Roma"), Abdülkerim Bardakcı ("Qalatasaray"), Ahmetcan Kaplan ("Ayaks"), Merih Demiral ("Əl-Əhli"), Ozan Kabak ("Hoffenhaym"), Samet Akaydın ("Panatinaikos"), Cenk Özkacar ("Valensiya")

Yarımmüdafiəçilər: Berat Özdemir ("Trabzonspor"), Can Uzun ("Nürnberq"), Hakan Çalhanoğlu ("İnter"), İsmail Yüksek ("Fənərbaxça"), Kaan Ayhan ("Qalatasaray"), Okay Yokuşlu ("Vest Bromviç"), Orkun Kökçü ("Benfika"), Salih Özcan ("Borussiya" Dortmund)

Hücumçular: Abdülkadir Ömür ("Hall Siti"), İrfan Can Kahveci ("Fənərbaxça"), Yunus Akgün ("Lester"), Kenan Yıldız ("Yuventus"), Kerem Aktürkoğlu, Barış Alper Yılmaz ("Qalatasaray"), Oğuz Aydın ("Alanyaspor"), Arda Güler ("Real"), Bertuğ Yıldırım ("Renn"), Cenk Tosun, Semih Kılıçsoy ("Beşiktaş"), Enes Ünal ("Bornmut"), Yusuf Yazıcı ("Lill")

Qeyd edək ki, Türkiyə millisi Avro-2024-də  F qrupunda Çexiya, Gürcüstan və Portuqaliya ilə mübarizə aparacaq.

22:23 - 24 May 2024

Xəbər lenti