В Челнах мужчина установил камеру в женском туалете:УЖАС
Почему Земля скоро умрет в муках: из-за чего
Этот знак вас спасет от тромба: на что обратить внимание у себя в теле
Какое жуткое видео: ребенка в детсаде избила воспитатель

"Namus adı altında qızları tanımadığı adama..." - Aysel Əlizadədən SƏRT SÖZLƏR

Dizayner Aynur Xəlilovanın "Hərşeyşünas" adlı podkastının növbəti qonağı yazıçı Aysel Aydın Əlizadə olub. 

Titul.az Milli.Az xəbər verir ki, kişi-qadın münasibətindən söz açan qonaq qarşı cinsin xanımlarda hansı xüsusiyyətlərə önəm verməsindən danışıb:

"Deyirlər ki, kişilər ağıllı qadını sevmir. Mən həyatım boyu tanıdığım bütün ağıllı kişilərin ağıllı qadın axtardığını gördüm. Heç bir ağıllı kişi axmaq qadın istəmir. O, onun yarı deyil. Hətta o qadının gözəl olmağı da bir önəm kəsb etmir. Qadınlar elə düşünür ki, çox bəzənəndə kişilərin diqqətini daha çox çəkirlər. Amma bu heç də belə deyil. Kişilər həmin qadında bir şarm axtarırlar". 

Ailə-məişət mövzusuna toxunan Aysel cütlüklər arasında olan soyuq münasibətlərin nədən qaynaqlanmasına da toxunub: 

"İnsanlardan ayıbdır deyə, ər və arvad heç bir zaman qucaqlaşmayıb. Uşaqlar bir-birini sevən ata-ana görmür, amma dalaşan görürlər, çünki sevgi onlar üçün ayıb sayılıb. Tarixən evliliklərimiz sevgi üzərində qurulmayıb. Vasitəçillik yolu ilə evləndiklərinə görə, sevgi hissini yaşamayıblar. XXI əsrdə də nəticə belədir. Yüzlərlə qadınla söhbət etmişəm. Onlar cinsi həzz yaşamayan qadınlardır. Çünki onun bu barədə heç bir məlumatı yoxdur. Ailə o adam sayılır ki, onların ortaq bir münasibəti var. Bunu yaşamayan qadın özünü nə qədər ailəli, sahibli hiss edə bilər? Gör o nə qədər həyat dayaqlarından qopmuş vəziyyətdədir. Ona görə də, 30 yaşdan sonra tapmadıqları xəstəlik qalmır. Bunun hamısı nədəndir? Normal seksual həyatın olmamasından. Ən cahil qadın belə bunu bilir. Çünki o, sevgi görmür. Qızları tanımadığı adama ərə verirlər. Bunlar hamısı qeyrət, namus adı altında baş verir".

19:44 - 21 İyun 2024

Xəbər lenti

Digər xəbərlər

Если вы увидите тонущего человека, это может быть приманкой
Под Пермью появилась целая улица в честь музыканта с Запада.
В Казани люди горели находу в автобусе: СМИ
Госдума: «Почему мы не трясем деньги с олигархов, уже пора»