Чтобы от вас не пахло в возрасте — делайте это
На Урале мужчина платил 100 тысяч за школьницу
В России школьницы рожают и сразу убивают детей: чего?
На Гузееву мать подала в суд из-за ее сына: детали

Quru sərhədlər BU TARİXDƏ açılır? 

 Quru sərhədlər BU TARİXDƏ açılır? 

Sentyabr ayında Azərbaycanda “Formula-1” yarışları, noyabrda isə COP29 tədbiri keçiriləcək. Bununla bağlı ölkəyə minlərlə qonaq, turist gələcək. Hökumət bunları nəzərə alıb quru sərhədlərin açılmasına dair qərar verə bilərmi?

Titul.az xəbər verir ki, mövzunu  şərh edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə, beynəlxalq tədbirlərin quru sərhədlərin bağlı, ya da açıq olması ilə əlaqəsi yoxdur.

Onun sözlərinə görə, “Formula-1” dünyanın bahalı sayılan kommersiya layihəsidir:

“Bu yarışı seyr etmək üçün Bakıya bəlkə 100-ə yaxın özəl təyyarə gəlir. COP29 isə dövlətlərin iştirakı ilə keçirilən tədbirdir. Hökumət nümayəndə heyətləri də daha çox çarter reysləri ilə gələcək. Diqqət yetirdinizsə, tədbir zamanı daha çox insanların gündəlik əmək fəaliyyəti ya qısaldılır, ya da distant rejimə keçirilir”.

İ.Şaban sərhədlərin bağlı qalmasının daha çox təhlükəsizliklə bağlı olduğunu düşünür:

“Ehtiyac yoxdur ki, sərhədi açıb, daha çox insanın gəlişi ilə tədbirlər zamanı təhlükəsizlik məsələlərini çətinləşdirək. Sərhədi açaraq tədbir keçirilən yerlər ətrafında hərəkəti çıxılmaz vəziyyətə salmaq lazım deyil”./Globalinfo.az

17:32 - 29 Avqust 2024

Xəbər lenti

Digər xəbərlər

В СМИ стало известно куда съехала Диброва
Завтра ждем зиму, готовимся все: что происходит?!
Когда назначен официальный запуск мессенджера Max.
Детали недавнего ужасного пожара в Чебоксарах