Как убили молодую продавщицу «Красное и Белое» в Уфе: УЖАС
Как из-за Булановой разразился скандал в шоубизнесе России
На Урале умирающую жену муж засунул в шкаф: дети в шоке
Этого предмета в школе больше не будет, но почему это плохо?

Bu məntəqələrdə seçkinin nəticələri LƏĞV EDİLDİ

 Bu məntəqələrdə seçkinin nəticələri LƏĞV EDİLDİ

Sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkilərində 24 saylı Nizami Birinci Seçki Dairəsinin bəzi seçki məntəqələrində pozuntular qeydə alınıb.

Titul.az report-a istinadən xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.

MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, bununla bağlı həmin dairədə qeydə alınmış namizəd Şükürova Ülviyyə Məmməd qızı komissiyaya müraciət edib:

"Namizəd səsvermə günü məntəqələrdə səslərin hesablanmasının düzgün aparılmadığını, seçicilərin seçki hüququnu həyata keçirməsinə zidd halların baş verdiyini iddia edib. Onun müraciəti öncə dairə seçki komissiyası tərəfindən araşdırılıb və əsassız hesab edilib. Qərardan narazı qalan ərizəçi MSK-ya şikayət bildirərək, müvafiq protokol və sənədlər təqdim edib. Səsvermə günü sosial şəbəkələrdə yayılan görüntülər və digər materialların araşdırılması zamanı seçkilərin nəticələrinə təsir edəcək qanun pozuntuları aşkarlanıb. Buna görə də, dairənin 4, 6, 28, 31, 33 saylı seçki məntəqələrində səsvermənin nəticələri etibarsız hesab edilib".

21:01 - 15 Sentyabr 2024

Xəbər lenti

Digər xəbərlər

Реальные скелеты в шкафу Товстика с его бывшей женой: читать
Из-за новых правил РЖД пассажирка осталась без обеда.
Трагедия на дороге: сгорели не дожив до своего дня рождения
На Аллее космонавтов появилась безымянная могила: кто там лежит?