В стране трагедия, так как погиб заслуженный артист России и СССР
Гусман был уволен из ТАСС кремлем: СМИ
Известная певица на всю Россию созналась во лжи
Все, кто мучается перед сном, для вас решение

Müdafiə nazirliyi MƏLUMAT YAYDI: 100-dən çox hərbi qulluqçu...

 Müdafiə nazirliyi MƏLUMAT YAYDI: 100-dən çox hərbi qulluqçu...

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən, iki ölkə arasında “Məharət-2024” kompüter dəstəkli taktiki komanda-qərargah təlimi keçiriləcək.

Bu barədə Titul.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində sentyabrın 30-dan etibarən keçiriləcək təlimə hər iki ölkədən ümumilikdə 100-dən çox hərbi qulluqçu cəlb olunacaq.

Təlimin keçirilməsində əsas məqsəd Azərbaycan və Özbəkistan ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.

Qeyd edək ki, “Məharət-2024” kompüter dəstəkli taktiki komanda-qərargah təlimi oktyabrın 6-dək davam edəcək.

16:47 - 29 Sentyabr 2024

Xəbər lenti

Digər xəbərlər

Ученые Восточной Сибири начали поднимать тревогу
Всем, у кого проблемы с сердцем, это ягода для вас: срочно читать
Растворимый кофе влияет на наш организм!
Врачи собрали в один список сигнали диабета