Альпинистка из России, застрявшая в горах, останется там?: не идут
В СМИ появились слухи о жутком заболевании Киркорова:читать здесь
По России гуляет страшный вирус и будет только хуже
Трагичная судьба звезды 90-ых: как ее жаль, бедная

Zığ dairəsi-Hava Limanı yolu YANLIŞ XƏTLƏNİB?

 Zığ dairəsi-Hava Limanı yolu YANLIŞ XƏTLƏNİB?

Zığ dairəsi-Hava Limanı yolunun düzgün xətlənməməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Titul.az xəbər verir ki, bu barədə tanınmış mexanik Sahil Ağabəyli görüntülər paylaşıb.

O iddia edib ki, sözügedən ərazidə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Hövsan Kompleksi yaxınlığında yola qalın qırıq-qırıq xətlər çəkilib. Lakin buradan dönəndə yalnız Zirə Dəniz limanına və sosial evlərə getmək üçün sağa dönmə əməliyyatını icra etmək mümkündür:

"Buranı keçdikdən sonra bütün yol düz xətlə ayrılıb. Üzü Qala qəsəbəsi istiqamətinə gedərkən Zirəyə tərəf dönmək istəsək, biz gərək yolun sonuna qədər gedib çıxaq ki, ora qırıq-qırıq xətlə nişanlanıb. Bu da qəza şəraiti yaradır".

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, görüntülər ərazidə texniki iş aparılarkən lentə alınıb və işlər tam yekunlaşmayıb:

"Hazırda sözügedən ərazidə nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkəti üçün müvafiq şərait yaradılıb". (Qafqazinfo)

10:40 - 10 Oktyabr 2024

Xəbər lenti

Digər xəbərlər

Не покупайте эти марки сметаны вообще: отрава!
На самом деле Дибров давно знает об изменах
Погиб известный журналист по всей России
Бизнесменов из России пытали члены ОПГ: ужас