Чтобы от вас не пахло в возрасте — делайте это
На Урале мужчина платил 100 тысяч за школьницу
В СМИ стало известно куда съехала Диброва
На Гузееву мать подала в суд из-за ее сына: детали

Azərbaycanda səhv diaqnoz qoyulan müəllim ÖLDÜ - FOTO

 Azərbaycanda səhv diaqnoz qoyulan müəllim ÖLDÜ - FOTO

Göyçay şəhər 3 saylı uşaq bağçasının müəllimi Rəfiqə Həsənova dünyasını dəyişib.

Titul.az bakivaxti.az-a istinadən xəbər verir ki, R.Həsənovanın yaxınları onun həkimlərin qoyduğu səhv diaqnozun qurbanı olduğunu iddia edirlər.

Məlumata görə, R.Həsənova xəstəliyi ilə əlaqədar əvvəl Göyçay Mərkəzi Rayon Xəstəxanasında müalicə olunub, sonradan vəziyyəti ağırlaşdığı üçün Bakıya aparılıb. Mərhumun bacısı bildirib ki, Rəfiqə Həsənovanın xəstəliyi barədə Göyçay Mərkəzi Rayon Xəstəxanasında əvvəldən səhv diaqnoz qoyulub, düzgün müalicə aparılmayıb:

"Bakıdakı həkimlər isə onun xəstəliyi ilə bağlı müalicə prosesinə başlamağın artıq gec olduğunu bildiriblər. Ona heç bir əlac etmək mümkün olmayıb".

Mərhumun yaxınları hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat veriblər.

16:09 - 15 Oktyabr 2024

Xəbər lenti

Digər xəbərlər

В России школьницы рожают и сразу убивают детей: чего?
Младенец пролетел 8 этажей вниз и выжил: как
В Дагестане произошла трагедия вместо свадьбы: один погиб
Завтра ждем зиму, готовимся все: что происходит?!