Чтобы от вас не пахло в возрасте — делайте это
На Урале мужчина платил 100 тысяч за школьницу
В СМИ стало известно куда съехала Диброва
На Гузееву мать подала в суд из-за ее сына: детали

24 yaşlı Elnur qıza görə öldürülüb? - Təfərrüat

 24 yaşlı Elnur qıza görə öldürülüb? - Təfərrüat

Oktyabrın 17-də Lənkəranda baş vermiş qətl hadisəsinin təfərrüatı məlum olub.

Titul.az oxu.az-a istinadən xəbər verir ki, qeyd edilən tarixdə 2000-ci il təvəllüdlü Elnur Cəfərova kəsici alətlə xəsarətlər yetirilməsi və onun yerləşdirildiyi tibb müəssisəsində vəfat etməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Ruslan Məmizadə müəyyən edilərək saxlanılıb.

Məlumata görə, qətl hadisəsi namus üstündə baş verib. Mərhumun qohumları isə bunun şər-böhtan olduğunu və son qərarın araşdırmaların nəticəsindən sonra məlum olacağını deyirlər.

Mərhumun qohumu Mahir Qafarzadə yayılan şayiələrlə bağlı deyib ki, iddia edilənlər yalandır:

"Bilən də danışır, bilməyən də. Uşağa şər atırlar".

Mərhumun dayısı Zamin Sadıqovun sözlərinə görə, hadisənin qız üstündə olması böhtandır:

"Onu vəhşicəsinə qətlə yetiriblər. 7-8 bıçaq zərbəsi vurulub. Uşağın heç bir problemi yox idi. Satıcı işləyirdi. İndiyə kimi kiməsə söz atmayıb".

22:56 - 19 Oktyabr 2024

Xəbər lenti

Digər xəbərlər

В России школьницы рожают и сразу убивают детей: чего?
Младенец пролетел 8 этажей вниз и выжил: как
В Дагестане произошла трагедия вместо свадьбы: один погиб
Завтра ждем зиму, готовимся все: что происходит?!