Чтобы от вас не пахло в возрасте — делайте это
На Урале мужчина платил 100 тысяч за школьницу
В СМИ стало известно куда съехала Диброва
На Гузееву мать подала в суд из-за ее сына: детали

Meyxanaçı 2 qadınla birgə faciəvi şəkildə öldü - FOTOlar

 Meyxanaçı 2 qadınla birgə faciəvi şəkildə öldü - FOTOlar

Ötən gecə Ucarda baş verən dəhşətli qəzada həyatını itirən və xəsarət alanların kimliyi müəyyənləşib.

Titul.az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə saat 23 radələrində Bakı-Qazax yolunun 246-cı kilometrliyində - Alpout kəndinin ərazisində baş verib.

Ucarın Qazıqumlaq kənd sakini 1992-ci il təvəllüdlü Aytən Qüdəssərovanın idarə etdiyi "Peugeot" markalı avtomobili qarşıda gedən "KamAZ"a çırpılıb. Sonradan "Peugeut" markalı avtomobil tamamilə yanıb.

Nəticədə A.Qüdəssərova, sərnişinləri olan Ucar rayon sakinləri 1961-ci il təvəllüdlü Gülsurə Hüseynova və 1986-cı il təvəllüdlü Asim Allahverdiyev hadisə yerində yanaraq ölüb. Digər sərnişin 2007-ci il təvəllüdlü Səma Qüdəssərova xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Bildirilir ki, qəzada həyatını itirən Asim Allahverdiyev Ucarda və ətraf rayonlarda meyxanaçı kimi tanınıb və Asim Ucarlı adı ilə fəaliyyət göstərib.

13:00 - 22 Oktyabr 2024

Xəbər lenti

Digər xəbərlər

В России школьницы рожают и сразу убивают детей: чего?
Младенец пролетел 8 этажей вниз и выжил: как
В Дагестане произошла трагедия вместо свадьбы: один погиб
Завтра ждем зиму, готовимся все: что происходит?!