В стране трагедия, так как погиб заслуженный артист России и СССР
Гусман был уволен из ТАСС кремлем: СМИ
Известная певица на всю Россию созналась во лжи
Все, кто мучается перед сном, для вас решение

Əli Abbasovun oğluna vəzifə verildi - FOTO

 Əli Abbasovun oğluna vəzifə verildi - FOTO

Sabiq rabitə və yüksək texnologiyalar naziri (İndiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) Əli Abbasovun oğlu Eldar Abbasov şirkət rəhbəri təyin edilib.

Titul.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Eldar Abbasov "Railways Communications & Technologies" (RCT) LLC (Dəmir Yolları, Rabitə və Texnologiyaları) şirkətinin Azərbaycandakı nümayəndəliyinin icraçı direktoru kimi fəaliyyətə başlayıb.
Qeyd edək ki, RCT şirkəti Azərbaycanda 2019-cu ildə sənayedə dəmir yollarının, SCADA/avtomatlaşdırma sistemlərinin, orta və yüksək gərginlikli yarımstansiyaların ən yaxşı katener/elektrikləşdirilməsini təmin etmək missiyası ilə yaradılıb. Şirkətin rəsmi saytında bildirilir ki, bu sahədə uzun illər təcrübələri var və bütün dünyada sözügedən sahədə müştərilərlə işləyir.

"Mütəxəssislərdən ibarət komandamız hər bir müştərimizin unikal ehtiyaclarını ödəmək üçün uyğunlaşdırılmış fərdi həllər təqdim etməyə sadiqdir. Şirkətin Bakıda baş ofisi Xocalı prospekti 37 ünvanında yerləşən "Demirchi Tower”dədir", deyə şirkətin təqdimatında bildirilir.

Xatırladaq ki, Eldar Abbasov 2022-ci ilin sentyabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini vəzifəsindən azad edilib.

14:40 - 11 Noyabr 2024

Xəbər lenti

Digər xəbərlər

Всем, у кого проблемы с сердцем, это ягода для вас: срочно читать
Ученые Восточной Сибири начали поднимать тревогу
Растворимый кофе влияет на наш организм!
Врачи собрали в один список сигнали диабета