В стране трагедия, так как погиб заслуженный артист России и СССР
Гусман был уволен из ТАСС кремлем: СМИ
Всем, у кого проблемы с сердцем, это ягода для вас: срочно читать
Известная певица на всю Россию созналась во лжи

Azərbaycanlı jurnalist polisə çağırıldı

 Azərbaycanlı jurnalist polisə çağırıldı

Liposaksiya əməliyyatı zamanı zərərçəkən aktrisa Milla Bekova jurnalist Sara Safuradan şikayətçi olub.

Titul.az xəbər verir ki, sitat.info-ya danışan Milla Bekova bildirdi ki, onun haqqında alçaldıcı və təqhriedici video paylaşan jurnalisti polisə şikayət edib. 

Aktrisa  Abşeron Rayon Polis İdarəsində şikayət ərizəsi yazıb: "Bu gün səhər polis idarəsinə   getdim. Çox sağ olsunlar, məni dinlədilər, şikayət ərizəmi yazdım. Heç tanımadığım, özünü jurnalist hesab edən Sara Safura məni öz "Tiktok" kanalında təhqir edib, həmin videonu da onlara təqdim etdim. Bildirdilər ki, lazımi tədbir görüləcək". 

M.Bekova qeyd edib ki, bu video ilə ona ciddi mənəvi zərər vurulub: "Noyabrın 28-də əməliyyat olundum, narkozdan ayılan günü bu videonu gördükdən sonra çox böyük stress keçirdim. Ərizəmdə qeyd elədim ki, Sara mövzunu bilib-bilmədən mənə qarşı nalayiq ifadələr işlədib. Özünüz də baxsanız, görəcəksiniz ki, məni necə təhqir edib".

Qeyd edək ki, aktrisa M.Bekova, yanlış əməliyyat edərək eltisinin ölümünə səbəb olduğu iddia həkim Ülviyyə İlyasovanın şikayətçi pasientlərindən biridir və ötən gün keçirilən məhkəmə prosesində şahid və zərərçəkən qismində iştirak edib.

16:08 - 3 Dekabr 2024

Xəbər lenti

Digər xəbərlər

Врачи собрали в один список сигнали диабета
В машине этого нет, то водителя оштрафуют: СМИ
В стране трагедия, так как погиб заслуженный артист России и СССР
Гусман был уволен из ТАСС кремлем: СМИ