Ramazan və Qurban bayramlarında neçə gün İŞ OLMAYACAQ?

 Ramazan və Qurban bayramlarında neçə gün İŞ OLMAYACAQ?

Xəbər verdiyimiz kimi, gələn ilin bayram günləri müəyyənləşib.

Titul.az xəbər verir ki, Baş nazirin Qərarına əsasən, gələn il martın 30 və 31-i Ramazan bayramı, iyunun 6, 7-si Qurban bayramı günləri kimi müəyyən edilib.

Martın 30 və 31-i ölkəmizdə Ramazan bayramı qeyd olunacaq.

30 mart həftənin bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq 1 aprel tarixi də qeyri-iş günü olacaq.

Bununla da, Ramazanda 3 gün - 30 - 31 mart və 1 aprel tarixlərində iş olmayacaq.

Qərara əsasən iyunun 6, 7-si Qurban bayramı günləri müəyyən edilib.

Gələn il 7 iyun şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 9 iyun qeyri-iş günü olacaq.

Beləliklə, 8 iyun bazar gününə təsadüf etdiyi üçün gələn il Qurban bayramında ardıcıl 4 gün – 6, 7, 8 və 9 iyun tarixləri qeyri-iş günləri olacaq.

12:39 - 11 Dekabr 2024

Xəbər lenti