Ограбила банк и напала на людей в суде: громкое дело Москвы
Категорически нельзя класть эти продукты в микроволновку: список
В готовой еде этого магазина обнаружили палочку: отрава.
ЧЕГО: В России врачи убившие дитя получат минимальные сроки

QAR yağacaq, güclü külək əsəcək - Sabah...

 QAR yağacaq, güclü külək əsəcək - Sabah...

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Titul.az-a verilən məlumata görə, gecə bəzi şəhərətrafı ərazilərdə arabir yağıntılı olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

13:23 - 16 Dekabr 2024

Xəbər lenti

Digər xəbərlər

В семье Пригожина произошло горе: зять погиб на Украине.
В Сочи нельзя покупать чачу: погибли туристы, а их дети осиротели
В них вообще нет мяса: не берите этот продукт никогда в свой дом
Стало известно куда по итогу прилетит Трамп