Dövlət qurumunun əməkdaşı faciəvi şəkildə öldü

 Dövlət qurumunun əməkdaşı faciəvi şəkildə öldü

"Azərişıq"ın əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb.

Titul.az Report-a istinadən xəbər verir ki, hadisə Pirallahı rayonunda qeydə alınıb.

"Azərişıq" ASC-də montyor işləyən Şakir Yunusov rayon ərazisində tranformatorda iş görən zaman elektrik cərəyanı vurub. Nəticədə Ş. Yunusov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

10:47 - 23 Yanvar 2025

Xəbər lenti

Digər xəbərlər