Еще одна страна больше не готова вести торговлю с Россией
Шаляпин больше не холостой: на ком женился?
Больше этого предмета в школах никогда не будет: кто пострадает
В самолете людям и экипажу угрожала смерть из-за смертника

"Bakı Metropoliteni" işçilərinə litri 2,73 manatdan SÜD İÇİRDƏCƏK

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) zərərli iş şəraitində çalışan işçiləri üçün 44 730 litr süd alacaq. 

Titul.az qaynarinfo-ya istinadən xəbər verir ki, QSC bununla bağlı fərdi sahibkar Həsənova Esmira Hadı qızı ilə satınalma müqaviləsi imzalayacaq. 

Metropoliten 44 730 litrə görə Esmira Həsənovaya 122 452,85 AZN ödəyəcək. Bu halda südün 1 litri 2,73 AZN-ə düşür. Bazarda inək südünün 1 litri 1,40 AZN, camış südünün 1 litri isə təxminən 2 AZN-dir. 

Ticarət şəbəkələrində isə pasterizə olunmuş südün 1 litri 2 manat civarındadır. 

Nəzərə alsaq ki, "Bakı Metropoliteni" QSC birdən-birə 44 730 litr süd alır, o zaman qiymət daha ucuz olmalıydı. 

Qurum cari ilin may ayında da Esmira Həsənovadan 41 670 litr süd alıb. Buna görə sahibkara 95 882, 67 AZN ödənilib. Yəni, "Bakı Metropoliteni" südün 1 litrini 2,3 AZN-ə alıb. 

"Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovdur. O, 2014-cü ildən bu vəzifədədir.

02:33 - 20 Dekabr 2023

Xəbər lenti

Digər xəbərlər

Финал дела: ужасное убийство маленького мальчика на Урале.
Если вы болеете этим — права вы не получите
Люди изобрели новый экстремальный вид отдыха: какой ужас
Отменены более 40 рейсов из Москвы из-за кибератаки: все детали