В России подорваны административные здания: что случилось
Даже Барановская в шоке как живет эта семья: СМИ
Молоко от этого производителя просто побелка!
Если есть эти продукты, то рак настигнет скоро!!

Hindistandan Ermənistana raket satışı ilə bağlı yeni detallar bəlli oldu

 Hindistandan Ermənistana raket satışı ilə bağlı yeni detallar bəlli oldu

Hindistan yaxın bir neçə ay ərzində Ermənistana özünün "Akaş” zenit-raket komplekslərinin tədarükünə başlamaq niyyətindədir.

Titul.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ANI agentliyi ölkənin Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

"Ermənistana çatdırılmaların yaxın bir neçə ay ərzində başlanması gözlənilir”, - deyə mənbə bildirib.

Agentliyin məlumatına görə, Ermənistan bu hava hücumundan müdafiə sistemlərini Hindistandan 600 milyon dollara alıb.

"Bir çox ölkə, o cümlədən Braziliya, Misir və Filippin "Akaş” hava hücumundan müdafiə sisteminə maraq göstərir”, - agentlik mənbədən sitat gətirib.

Qeyd edək ki, "Akaş” qısa mənzilli zenit-raket kompleksi Hindistan Müdafiə Araşdırma və İnkişaf Təşkilatı tərəfindən yaradılıb. Kompleksin ilk uğurlu sınaqları 2007-ci ilin dekabrında baş tutub. O vaxtdan bəri bir neçə yeni modifikasiya yaradılıb.

02:40 - 20 Dekabr 2023

Xəbər lenti

Digər xəbərlər

Именно эти фрукты плохо влияют на вас, срочно убирайте их
Врачи России бьют тревогу:заболеваемость выросла на 64 процента
В Челнах мужчина установил камеру в женском туалете:УЖАС
Если достал круглый живот, то вам срочно нужен этот напиток