Şabranda AĞIR QƏZA - Qazi və hamilə xanımı HƏLAK OLDULAR - FOTO

 Şabranda AĞIR QƏZA - Qazi və hamilə xanımı HƏLAK OLDULAR - FOTO

Şabranda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Titul.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Şabran rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “AzSamand” markalı minik avtomobili və “Renault” markalı yük avtomobili toqquşub, 2 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində sıxılmış vəziyyətdə qalan 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Şabranda baş verən qəzada ölənlərin kimliyi məlum olub.

Qəzada həlak olan Sabirabadın Ulacalı kənd sakini 2002-ci il təvəllüdlü  Zeynalzadə Akif Səbahət oğlu və onun həyat yoldaşı Zeynalzadə Dinara olub. Onların bir övladları var. D. Zeynalzadə ikinci övladına hamilə olub.

Əlavə edək ki, A.Zeynalzadə Vətən müharibəsi qazisi idi.

16:30 - 18 May 2025

Xəbər lenti