2025-ci ildə hərbi qulluqçular tərəfindən qəsdən adam öldürmə cinayəti qeydə alınmayıb

 2025-ci ildə hərbi qulluqçular tərəfindən qəsdən adam öldürmə cinayəti qeydə alınmayıb

"2025-ci ilin birinci yarımilində hərbi qulluqçular tərəfindən qəsdən adam öldürmə və qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri qeydə alınmayıb".

Titul.az xəbər verir ki, bu sözləri Hərbi prokuror Bəhruz Əhmədov Hərbi Prokurorluqda keçirilən geniş kollegiya iclası zamanı bildirib.

"2025-ci ilin birinci yarımilində qeydə alınmış cinayətlər ötən ilin birinci yarımili ilə müqayisədə ümumilikdə 10.9%, qeyri-hərbi cinayətlər 2.5%, hərbi xidmət əleyhinə olan cinayətlər isə 18.6% azalıb", - deyə Bəhruz Əhmədov qeyd edib.

13:12 - 18 İyul 2025

Xəbər lenti

Digər xəbərlər